Yazıçı, jurnalist, tərcüməçi, naşir, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı Ceyhun Hacıbəylinin (1891-1962) Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən arxiv sənədləri, məktubları və digər mənbələrdən istifadə edilməklə hazırlanmış “Qürbətdən gələn səslər” (Ceyhun bəy Hacıbəylinin mühacirət həyatı) kitabı çap olunub.
Milli Arxiv İdarəsindən bildirilib ki, kitab “Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2015-ci il tarixli sərəncamına uyğun olaraq hazırlanıb.
Ötən əsrin 90-cı illərində UNESCO-nun səlahiyyətli nümayəndəsi olmuş Ramiz Abutalıbov Ceyhun Hacıbəylinin sənədlərini Fransadan vətənə gətirməkdə əvəzsiz xidmətlər göstərib. Həmin sənədlər arasında Ceyhun bəyin ayrı-ayrı siyasi xadimlərlə yanaşı, qardaşı, dahi bəstəkar Üzeyir Hacıbəyli ilə bağlı məktubları da diqqəti cəlb edir. Əlli illik bir dövrü (1912-1962) əks etdirən bu məktublarda mətbuat səhifələrində Azərbaycanla bağlı dərc olunan yazılar, vətəndə baş verən hadisələr də əksini tapıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar