Çili saytında Azərbaycan haqqında məqalə yayımlanıb

Çilinin “Cambio21” xəbərlər portalında bu ölkənin tanınmış jurnalisti Markos Borkoskinin “Azərbaycan: dini birgəyaşayışın oazisi” başlıqlı məqaləsi dərc olunub.
Məqalədə Azərbaycan islam, katolik, pravoslav xristian və iudaizm dinlərinə etiqad edənlərin qarşılıqlı hörmət şəraitində yaşadığı bir ölkə kimi qeyd edilir.
Jurnalist planetimizdə günahsız insanların dini müxtəlifliyə görə müharibə girdabına düşdüyü bir zamanda dini ayrı-seçkilikdən uzaq, insanların sülh içərisində birgəyaşayışın var olduğu bir ölkə tanıdığını və buranın Azərbaycan olduğunu vurğulayır. O, yazısında qeyd edir: “Bəli, bu mümkündür. Onlar bir-biriləri ilə sülh və harmoniya içərisində yaşamağı bacarırlar. Azərbaycan müsəlman ölkəsidir, amma burada Roma katolik, ortodoks xristian və yəhudi dinlərinə etiqad edənlər sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bugünkü gün bu barədə yazmaq xəyal, təxəyyül və ya inanılası çətin hekayə kimi səslənə bilər. Amma bu bir həqiqətdir, reallıqdır.
Azərbaycanda müxtəlif dinlər arasında birgəyaşayışın olması həqiqətdir. Ora elə bir ölkədir ki, orada həm məscidlər, həm kilsələr, həm də müxtəlif sinaqoqlar mövcuddur”.
Müəllif vurğulayır ki, Azərbaycan digər dini adət-ənənələrin qəbul edilməsinin qədim tarixinə malik bir ölkədir. Baxmayaraq ki, əhalinin 90 faizi müsəlmandır, sünni və şiələr burada birlikdə yaşayır, eynilə də yəhudilər və digər dini azlıqlar qəbul olunur və hörmət görürlər.
Məqalədə Azərbaycan müxtəlif etnik və dinlərin vəhdətdə olduğu, dövlət siyasətinin tolerantlıq, etnik və dini qrupların ənənəvi harmonik şəkildə birgəyaşayış ruhunda hazırlanıb həyata keçirildiyi bir ölkə kimi tanıdılır. “Etnik mənsubiyyətindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq, bütün vətəndaşların bərabərliyi prinsipi Azərbaycanda qanundur”,- deyə qeyd olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar