Ölkəmizdə səfərdə olan Koreya Respublikasının daxili işlər naziri Honq Yun-Sıkın başçılıq etdiyi nümayəndə heyəti avqustun 19-da Azərbaycan Xalça Muzeyində olub.
Qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeydə Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyatını əks etdirən insan, heyvan, quş, bitki ornamentləri ilə səciyyəvi üslubda bəzədilib.
Qeyd olunub ki, milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib və həmin gün ölkəmizdə “Azərbaycan xalçası günü” kimi qeyd edilir.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu da qonaqlarda xoş təəssüratlar oyadıb.
Koreyalı nazir muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar