Şəhər turu avtobusları Dünya Şahmat Olimpiadası ilə bağlı təbliğat həyata keçirir

Sentyabrın 1-dən 14-dək Bakıda növbəti beynəlxalq tədbir - Dünya Şahmat Olimpiadası keçiriləcək. Bu, şahmat sahəsində ən mötəbər beynəlxalq yarışmadır. Olimpiadada dünyanın 180 ölkəsi təmsil olunacaq.
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tədbirə hazırlıqla bağlı şahmatın təbliği istiqamətində də mühüm tədbirlər həyata keçirir. Belə addımlardan biri də paytaxt küçələrində “şahmat” avtobuslarının fəaliyyətə başlamasıdır.
Əməliyyat Komitəsi Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turistik avtobuslardan ikisini brendləşdirərək “şahmat” avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə verib.
İkimərtəbəli nəqliyyat vasitəsi paytaxt küçələrində şəhərin ən görməli yerlərində pulsuz fəaliyyət göstərəcək və şahmatın təbliğini həyata keçirəcək. Turda iştirak edənlərin avtobusda şahmat oynaması və Bakı Şahmat Olimpiadası haqda məlumatlar əldə etməsi üçün bütün şərait yaradılıb.
“Şahmat” avtobusunun təqdimat mərasimində Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, yığma komandanın aparıcı üzvləri, jurnalistlər və könüllülər iştirak ediblər. Avtobusa baxış keçirilib və millimizin üzvləri burada quraşdırılmış lövhələrdə şahmat oynayıblar.
Daha sonra “şahmat” avtobusu ilk turuna başlayıb.
Qeyd edək ki, “şahmat” avtobusları sentyabrın 14-ə qədər fəaliyyət göstərəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar