Festivalda mürəbbə ustaları öz bacarıqlarını nümayiş etdirəcəklər

Avqustun 27-də Qəbələdə IV beynəlxalq mürəbbə festivalı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festival “Qafqaz Karvansaray” hotelinin qarşısındakı parkda gerçəkləşəcək.
Festivalda Azərbaycanın 29 şəhər və rayonu, eləcə də 10-dək xarici ölkə təmsil olunacaq. Münsiflər heyəti üzvlərinin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.
Son illər müxtəlif beynəlxalq mədəni tədbirlərə, festivallara ev sahibliyi edən Qəbələdə mürəbbə ustalarının yarışması ilk dəfə 2013-cü ildə gerçəkləşib.
Həmin festivalda respublikamızın 11, sonrakı il 20, 2015-ci ildə isə 30 şəhər və rayonundan, eləcə də beş xarici ölkədən şirniyyatçıların iştirak etməsi bu tədbirə marağın getdikcə artmasından xəbər verir. Ötən il keçirilən beynəlxalq festivalda Türkiyə, Rusiya, İran, Serbiya, Qırğızıstan şirniyyatçıları öz məhsullarını nümayiş etdiriblər. Xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına xidmət edən layihə bölgədə turizmin təşviqinə də töhfədir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar