Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bolqarıstanın Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı seçilib.
Şəhər meri Daniel Panovun Azərbaycanın birinci xanımının fəxri vətəndaş seçilməsi haqqında təklifi avqustun 25-də keçirilən təntənəli iclasda yekdilliklə qəbul edilib.
Mehriban xanım Əliyevaya fəxri vətəndaş adı Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunması və təşviqi işinə böyük töhfəsi və iştirakına görə verilib.
Ötən ilin mayında Sofiyada "Trapezitsa" memarlıq muzeyi qoruğunun konservasiyası və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında saziş imzalanıb.
Bu saziş çərçivəsində Heydər Əliyev Fondu tarixi abidədə 150 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 700 metr uzunluğunda turist xiyabanının inşasını, mədəniyyət mərkəzinin yaradılmasını və təchiz olunmasını, ərazidəki üç kilsənin təmiri və bərpasını, qoruğa gələn qonaqlar üçün nəqliyyat infrastrukturunun yaradılmasını həyata keçirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar