Avqustun 29-dan 31-dək Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı keçiriləcək. Mötəbər tədbirin paytaxtımızda təşkili Azərbaycan Konqreslər Bürosunun səyləri nəticəsində mümkün olub.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ölkəmizə irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək istiqamətində çalışır.
Konfransda əsas diqqət Xəzər regionu enerjisi ilə bağlı iqtisadi məsələlərə yönəldiləcək, neft iqtisadiyyatı, enerji geosiyasəti, regional enerji bazarları, davamlı inkişaf üçün enerji siyasəti, enerji qənaətli iqtisadi artım, alternativ və bərpa olunan enerji mənbələri üzrə regional strategiya və s. məsələlər də müzakirə ediləcək. İAEE-nin prezidenti, professor Gürkan Kumbaroğlunun sözlərinə görə, konfransda 24 ölkədən nümayəndələrin çıxışı nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar