Xəbər verdiyimiz kimi, oktyabrda Bakıda Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin (TDMMB) “Energetika və nəqliyyatda meqa-layihələr” adlı növbəti qurultayı keçiriləcək.
Avqustun 25-də SOCAR-ın baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayevin “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündarla görüşündə bu barədə söhbət açılıb. Bildirilib ki, builki qurultay Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunacaq. Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ili elan edib.
Tədbirin açılışında Türkiyənin Baş naziri Binali Yıldırımın iştirak edəcəyi gözlənilir. SOCAR prezidenti də tədbirə fəxri qonaq kimi dəvət olunub. Saliha Dündar Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Dəmirçinin imzaladığı dəvəti ona təqdim edib.
Qurultayın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmasını və Bakıda keçirilməsini yüksək qiymətləndirən SOCAR-ın prezidenti dəvət üçün təşəkkürünü bildirib.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar