Noyabrın 22-23-də Bosniya və Herseqovinada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısı keçiriləcək. Toplantıda bu ölkənin rəhbəri Mladen İvaniç, Bolqarıstan, Makedoniya, Monteneqro, Albaniya prezidentləri Rosen Plevneliyev, George İvanov, Filip Vuyanoviç, Buyar Nişani iştirak edəcəklər. Bundan başqa, toplantıda Xorvatiya, Rumıniya, Sloveniya, Serbiya və Yunanıstan dövlət başçılarının iştirakı gözlənilir.
Ümumilikdə isə toplantıya 50-dən çox hazırkı və sabiq dövlət rəhbəri, nüfuzlu siyasətçilər qatılacaq. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və digər dini konfessiyaların rəhbərləri daxil olmaqla Azərbaycan nümayəndə heyətinin də iştirakı planlaşdırılır.
Toplantıda “Avropada sülh: hamı üçün qəbul olunan güclü birliyə necə nail olmaq mümkündür?” mövzusu çərçivəsində Bosniya və Herseqovinanın müstəqilliyinə həsr edilən Dayton sülh razılaşmasından keçən 20 il ərzindəki vəziyyət, Avropanın yeni xəritəsi, dünyaya necə Avropa lazımdır, Avropada multikulturalizmi bərpa etməyin yolları kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbirdə Azərbaycanın multikulturalizm və dinlərarası tolerantlıq təcrübəsinə və onun Avropa üçün əhəmiyyətinə dair çıxışlar nəzərdə tutulub. Gələn il keçiriləcək V Qlobal Bakı Forumuna hazırlıq məsələləri də müzakirə olunacaq.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar