ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta avqustun 25-də tanışlıq məqsədilə İsmayıllı rayonuna səfər edib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevlə keçirilən görüşdə qonaq İsmayıllının iqtisadiyyatı, sənayesi, coğrafiyası, milli tərkibi və tarixi barədə məlumatlandırılıb.
Sonra səfir rayon mərkəzində təşkil edilən “Turizm və sənətkarlıq bazarı” ilə tanış olub. Diplomat İvanovka kəndinə gedərək orada yaşayan rus icması ilə ünsiyyətdə olub. ABŞ səfirinə kənd sakinlərinin adət-ənənələri, müsəlman qonşuları ilə sülh və əmin-amanlıq, mehriban qonşuluq şəraitində birgə yaşamaları barədə ətraflı məlumat verilib.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar