Mədəniyyət və Turizm Nazirliyinin təsisçiliyi ilə nəşr olunan “Mədəniyyət.AZ” jurnalının növbəti - iyul nömrəsi çapdan çıxıb. Jurnalda nazirliyin ay ərzində həyata keçirdiyi layihələr, tədbirlər və görüşlər haqqında rəsmi gündəmə nəzər salınıb. Bu sırada 22 iyul - Milli mətbuat günü ilə əlaqədar həm nazirliyin, həm də başqa qurumların əhəmiyyətli tədbirləri öz əksini tapıb.
Nəşrin bu sayında teatrlarımız, muzeylərimiz, musiqi irsimiz, kino və milli rəngkarlığımızın tarixi, Vəli Axundov, Elbəy Rzaquliyev kimi dövlət, elm və sənət xadimləri, incəsənət təmsilçilərimizin ölkəmizdə və beynəlxalq arenada qazandığı uğurlar, respublikamızın turizm potensialı haqqında məqalələr verilib.
“Daşın daş, insanın qan yaddaşı”, “Ağ ban evlərin həsrəti”, “Ölmək yaşamaqdır”, “Qafqaz caz-2016” festivalının əks-sədası”, “İnsanın keçə biləcəyi ən şərəfli yol”, “Səhnənin sehrində”, “Qoqolun qərarı və yaxud “Müfəttiş”i Bakıda necə qarşıladılar”, “Türkün ortaq dili - naxışlar”, “Hələ də öyrənilən Cəfər”, “Arxeologiya elmi rəssam təxəyyülündə”, “Fəlsəfə və musiqi vektoru”, “Folklor aşiqi”, “Amsterdam Bakıda”, “Açıq kitabxana aurası”, “Məxməri ünsiyyətin “məxməri axşamları” və s. sərlövhəli kulturoloji, humanitar və sənət mövzuları “Mədəniyyət.AZ” jurnalının bu sayında yer alan müəllif zəhmətidir.
Paytaxtımızda keçirilən dolma festivalının ləzzəti, Şəkidəki şirniyyat festivalının dadı, Xəzər sahilindəki “Jara” musiqi festivalının yüksək emosional ovqatı jurnalın səhifələrindən oxucunun əhvalına sirayət edir.
Nəşrin elmi konsepsiyası bu nömrədə də dəyişməz olaraq qalır və yeni araşdırma yazıları ilə öz ənənəvi məzmununa qovuşur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar