Avqustun 29-da BMT Təhlükəsizlik Şurasında qurumun yeni baş katibinin seçilməsi üzrə üçüncü səsvermə keçiriləcək.
Bu arada Monteneqro baş nazirinin müavini İqor Lukşiç baş katib postuna namizədliyini geri götürüb. Bundan əvvəl isə Xorvatiyadan Vesna Pusiç də BMT-nin rəhbəri postuna namizədlikdən imtina etmişdi.
Hazırda bu vəzifəyə 10 nəfər namizəd var. Bunlar Makedoniyadan Srcan Kərim, Sloveniyadan Danilo Türk, Bolqarıstandan İrina Bokova (UNESCO-nun hazırkı baş direktoru), Moldovadan Natalya German, Serbiyadan Vuk Yeremiç, Slovakiyadan Miroslav Layçak, Portuqaliyadan Antonyu Qutteriş, Yeni Zelandiyadan Helen Klark, Argentinadan Susana Malkorra və Kosta Rikadan Kristina Fiqeresdir.
Yeni baş katibin namizədliyini Təhlükəsizlik Şurasının tövsiyəsi ilə BMT Baş Assambleyası təsdiq edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar