Foto müsabiqəsi elan edilib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi “Avropanı gəz, duy və kəşf et” adlı fotomüsabiqə elan edib. Müsabiqəyə qatılanlar Avropa İttifaqı ölkələrində çəkilmiş fotoşəkillərlə hədiyyə qazana bilərlər.
Müsabiqəyə fotoşəkilləri sentyabrın 27-dək göndərmək olar. İştirak etmək üçün jpg, pdf və ya png formatda olan şən, kreativ, peşəkar və ya qeyri-peşəkar fotolarınızı, eləcə də selfilərinizi eurovillagephotocontest@ceo.az ünvanına göndərməli və adınızı, yaşınızı, telefon nömrənizi, şəklin harada çəkilməsi və s. haqqında qısa məlumatı əlavə etməlisiniz.
Təqdim olunan bütün fotoşəkillər Avropada çəkilmiş olmalıdır. Müsabiqəyə qatılan şəxs təqdim olunmuş fotoşəkillərin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin ittifaqa üzv ölkələrin Bakıdakı səfirlikləri ilə birlikdə təşkil edəcəyi “Avropa şəhərciyi - 2016” festivalının istənilən təşviqat materiallarında məhdudiyyətsiz çapına, “Facebook” səhifəsində istifadəsinə razılıq vermiş olur.
Fotoşəkillər Aİ səfiri və iki xüsusi qonaq daxil olmaqla üç nəfərdən ibarət jüri tərəfindən qiymətləndiriləcək. Qaliblər oktyabrın 1-də keçiriləcək “Avropa şəhərciyi - 2016” festivalında elan ediləcək.
Qeyd edək ki, 5 ən yaxşı fotoşəkil “Avropa şəhərciyi”də Aİ stendində nümayiş etdiriləcək və hədiyyə də məhz orada əldə olunacaq. Birinci yerin qalibinə fotokamera, digər qaliblərə isə müxtəlif hədiyyələr veriləcək. Müsabiqə iştirakçıları göndərdikləri fotoşəkillərin seçilib-seçilmədiyini bilmək üçün “Avropa şəhərciyi” festivalında Aİ stendinə baş çəkməlidirlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar