Prezident İlham Əliyev sentyabrın 1-də paytaxtımızda start götürəcək 42-ci Dünya Şahmat Olimpiadasının iştirakçılarına müraciət ünvanlayıb.
Dünyanın bütün guşələrindən Bakıya toplaşmış şahmatçıları salamlayan dövlət başçısı əmin olduğunu bildirir ki, ölkəmizə xas qonaqpərvərlik və idmana olan dərin hüsn-rəğbət bu yarışların yüksək səviyyədə keçirilməsi üçün gözəl imkanlar yaradacaq.
Müraciətdə qeyd olunur ki, ölkəmizdə qədim dövrlərdən şahmata daim böyük maraq müşahidə edilib. Azərbaycan klassiklərinin əsərlərində və orta əsr miniatürlərində şahmat oyunu ilə bağlı süjetlər əksini tapıb. Avropa səyyahlarının xatirələrində Azərbaycanda bu oyunun geniş yayılması haqqında məlumatlar verilib. XX əsrdə Azərbaycanda şahmatın yayılması kütləvi xarakter alıb, müxtəlif səviyyəli mötəbər turnirlər keçirilməyə başlayıb. Son illərdə şahmat üzrə dünya və Avropa miqyaslı yarışların ölkəmizdə baş tutması Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə çevrilməsi yolunda atılmış mühüm addımdır: “Ümidvaram ki, 42-ci Dünya Şahmat Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq, ölkələr arasında sülhün bərqərar olmasına xidmət göstərəcək”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar