Sentyabrın 4-də Bakıda gənc dizayner-rəssam Renarə Şəmsiyevanın rəhbərliyi ilə “Pulsuz moda dərsi” adlı açıq təlimlər təşkil olunacaq.
Dərslər “Atatürk prospekti 25 b” ünvanında keçiriləcək. Dərslər çərçivəsində dünya üzrə qabaqcıl moda məktəblərində təhsil almaq istəyənlər üçün xüsusi hazırlıq kurslarının təşkili də planlaşdırılır.
Moda dərsində rəng və forma anlayışı, geyim eskizlərinin hazırlanması, dünya moda tarixi, dünya geyimləri və Azərbaycan xalqının milli geyimləri, dünyaca məşhur moda evlərinin iş fəaliyyəti, geyim kolleksiyasının hazırlanması və başqa mövzulardan bəhs olunacaq.
Qeyd edək ki, 5 yaşından yuxarı və rəssamlıq bacarığı olan hər kəsin qatıla biləcəyi dərslər, iştirakçıların istəyinə uyğun olaraq, Azərbaycan, rus və ingilis dillərində keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar