Azərbaycanda intellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması və antiplagiat məsələlərinə xüsusi diqqət yetirilir. Bu sahədə qabaqcıl texnologiyaların tətbiqi prioritet istiqamətlərdəndir. Təhsil Nazirliyində, Azərbaycan Milli Elmlər Akademiyasında, Müəllif Hüquqları Agentliyində, eləcə də bir çox universitetlərdə və müvafiq qurumlarda plagiatla mübarizəyə yönəlmiş innovativ layihələr həyata keçirilir.
Bu barədə məlumat verən AMEA-nın akademik-katibi, akademiyanın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev internetin verdiyi imkanlardan sui-istifadə hallarının geniş vüsət aldığını bildirib. Akademik plagiatlıqla mübarizə problemlərinə elmi və hüquqi müstəvidə baxılmasının zəruriliyini qeyd edib.
“Dünyanın inkişaf etmiş ölkələrində müəllif hüquqlarının pozulması cinayət hesab olunur və müvafiq qanunlar çərçivəsində ciddi tədbirlər görülür”, - deyən R.Əliquliyev bu sahədə xarici təcrübəyə əsaslanmağın, normativ-hüquqi bazanın inkişaf etdirilməsinin vacibliyindən söz açıb. Onun sözlərinə görə, bu məqsədlə İnformasiya Texnologiyaları İnstitutunda bir sıra görüşlər keçirilib. Xarici şirkətlərlə əməkdaşlıq çərçivəsində milli antiplagiat sisteminin formalaşdırılması vacib məsələlərdəndir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar