“MİR” telekanalında silsilə proqramın ilki Azərbaycana həsr olunub

Sentyabrın 3-dən “MİR” telekanalında “Respublikaların sərvətləri” silsilə proqramı yayımlanmağa başlanacaq. Proqramda keçmiş SSRİ respublikalarından söhbət açılacaq. Hər respublikanın qədim irsi, musiqisi, mətbəxi və məişəti onun haqqında assosiasiya yaradır.
“MİR” Dövlətlərarası Teleradio Şirkətindən bildirilib ki, birinci veriliş multimədəni və koloritli Azərbaycana həsr edilib.
Sovet Azərbaycanı və indiki Azərbaycan haqqında, habelə respublikanın paytaxtı Bakı haqqında rejissor Yuli Qusman, “Nə? Harada? Nə vaxt?”ın bilicisi Rövşən Əsgərov və əslən Bakıdan olan başqa məşhurlar söz açacaqlar. Tamaşaçılar proqram əsnasında Bakının küləklər şəhəri adlandırılmasının, SSRİ-nin bu çoxmillətli şəhərinin “Brilyant əl”, “Amfibiya adam”, “Qorxma, mən səninləyəm” kimi məşhur sovet filmlərinin çəkiliş məkanına çevrilməsinin səbəblərini öyrənəcəklər.
Bakı pomidoru dünyada məşhurdur, lakin Bakı cazı haqqında nə bilirik? Azərbaycan dünyanın neft paytaxtıdır, yoxsa xalça paytaxtıdır? Azərbaycan mətbəxi hansı xörəklərdən ibarətdir və Xəzər sahilində sağlamlığı bərpa etmək olarmı? “MİR” telekanalının tamaşaçıları bu və digər sualların cavablarını şənbə günü öyrənə biləcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar