Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsovun “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” kitabı sentyabrın 1-dən internetdə istifadəyə verilib.
Bu barədə tarixçi özü məlumat verib. Oleq Kuznetsov sentyabrın 3-də Rusiyada “Terror qurbanlarının həmrəyliyi günü”nün qeyd olunduğunu bildirib və bu ərəfədə kitabın elektron versiyası internetdə yerləşdirilib.
Oxucular “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” kitabını oleg-kuznetsov.ru/bibliography/500/ internet ünvanından yükləyə bilərlər.
Qeyd edək ki, kitab SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti materialları, erməni terrorçularının Azərbaycan və Rusiya ərazisində törətdikləri cinayətlərə dair cinayət işləri əsasında yazılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar