Azərbaycan Xalça Muzeyi ziyarətçilərə muzeyin tez-tez qonağı olmaq imkanını verən aylıq abonement əldə etməyi təklif edir. Muzeydən bildirilib ki, bu sistem ekspozisiyanı, zərgərlik fondunu, kitabxananı və yeni sərgiləri dəfələrlə ziyarət etmək, beynəlxalq layihələrin, mühazirələrin, “Bir eksponatın tarixi” adlı layihənin və “Ailə günü” tədbirinin iştirakçısı olmaq imkanını yaradan çoxsaylı üstünlüklər təqdim edir.
“Bir eksponatın tarixi” layihəsində muzey fondundan seçilmiş eksponat təqdim olunacaq. “Ailə günü” tədbirinin məqsədi ailənin öz asudə vaxtını muzeydə keçirməsidir. Proqram müxtəlif yaş hədlərini əhatə edir.
Hər ayın birinci və ikinci şənbə günü mühazirələr, üçüncü şənbə günü “Bir eksponatın tarixi” layihəsi, sonuncu şənbə günü isə “Ailə günü” tədbiri keçirilir.
Abonement böyüklər, uşaqlar və tələbələr üçün nəzərdə tutulub. Biraylıq abonementi muzeyin kassasından əldə etmək olar.
Sentyabr ayında “Süjetli xalçalar” (mühazirəçi Xalça Muzeyinin elmi işçisi Püstə Ağayeva, rus dilində, 3 sentyabr) və “Azərbaycan Xalça Muzeyinin kolleksiyasına yeni daxil olunmuş eksponatlar” (muzeyin bərpaçısı Dürdanə Qədirova, Azərbaycan dilində, 10 sentyabr) mövzusunda mühazirələr nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar