Avqustun 31-də Belarus Milli Elmlər Akademiyasında “Müstəqil Dövlətlər Birliyinin 25 illiyi: nəticələr və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi üzrə təşkilat komitəsinin növbəti iclası olub.
Konfrans sentyabrın 28-29-da Minskdə keçiriləcək. Tədbirdə Birliyin bütün üzv ölkələrini təmsil edən 200-dən çox nümayəndə, o cümlədən dövlət orqanları və Belarusda akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları, elm və təhsil müəssisələrinin rəhbərləri, aparıcı alim və mütəxəssislər, mədəniyyət xadimləri iştirak edəcəklər.
Konfransda 4 bölmə iclası nəzərdə tutulub. İclaslardan biri “MDB iştirakçı dövlətlərinin mədəniyyət, turizm, idman və gənclər siyasəti sahəsində əməkdaşlıq məsələlərinə həsr olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar