“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 19-cu nömrəsi çapdan çıxıb. Nəşrin bu sayına incəsənət, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, elmi məqalələr, tərcümə materialları daxildir.
Jurnalda Azərbaycan və Dağıstan alimlərinin “Dərbənd xalçaçılığı” elmi layihəsinin nəticələrinin müzakirəsinə həsr edilmiş görüşü, Bakıda keçirilən I Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu haqqında materiallar yer alıb.
Oxucular jurnalın baş redaktoru, Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Türk dünyası xalçaçılığında “Əjdaha” motivi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədovanın “Rusiya Etnoqrafiya Muzeyində və Dövlət Ermitajında qorunan Azərbaycan xalçaları”, sənətşünaslıq doktoru Elmira Gülün (Özbəkistan) “Özbəkistanda xovsuz xalça: növlərin çoxçeşidliliyi” kimi məqalələrlə də tanış ola bilərlər.
Nəşrdə həmçinin akademik Kamal Abdullayevin “Multikultural təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının təcrübəsi”, tarix üzrə fəlsəfə doktoru İradə Məmmədovanın “Aleksey Saltıkovun “İrana səyahət” əsərində Azərbaycan türklərinin həyat tərzinin təsviri”, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyevanın “Azərbaycanın orta əsr silahları üzərində kitabələr”, TÜRKSOY-un qərarı ilə 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şəki şəhərinin tarixinə, memarlığına, maddi mədəniyyətinə həsr edilmiş yazılar təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar