“MİR” telekanalı qədim ticarət yolunun sirrini açacaq film çəkir. Film “Zamanın sirləri" silsiləsinin ikinci hissəsidir.
Yaradıcı heyət bir zamanlar İran, Hindistan və digər Şərq dövlətlərindən olan dindarların can atdığı Yanardağda, həmçinin XI-XVI əsrlərdə Şirvanşahların iqamətgahı və müdafiə istehkamı olan Gülüstan qalasında çəkilişlər aparacaq. Digər bir çəkiliş məkanı isə vaxtilə böyük ticarət və sənətkarlıq mərkəzi olan indiki Şəmkir şəhəridir.
Filmin rejissoru Dmitri Xodakovski ümidvar olduğunu bildirib ki, teleekspedisiya qədim ticarət yolu ilə bağlı faktları və yaşadığımız dünyanı fərqli görməyə imkan verəcək.
“Zamanın sirləri” seriyasından ikinci filmin çəkilişləri Dağıstan, Gürcüstan və İnquşetiyada da aparılacaq. Kinolentdə həmçinin qədim romalıların Bakıda nə axtardığından, Əjdaha gölünün sakini və Kolxida “qapıları”ndan bəhs ediləcək.
Filmin premyerası “MİR” telekanalında 2016-cı ilin dekabrına planlaşdırılır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar