Qırğızıstanın İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində II Dünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Qırğızıstan Prezidenti Almazbek Atambayev, hökumət və parlament üzvləri, xarici qonaqlar iştirak ediblər.
Böyük idman bayramında dünyanın 62 ölkəsindən iştirakçılar 23 idman növü üzrə yarışacaqlar. Oyunlarda gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Heyətdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, azərbaycanlı jurnalistlər də yer alıblar.
Azərbaycan heyətinə 9 yarış növü üzrə 38 idmançı, 5 məşqçi və 6 hakim daxildir. Tədbirin proqramına atçapma, oxatma, milli ov növləri, ənənəvi intellektual oyunlar və digər yarışlar daxildir. Bundan başqa, qonaqlar köçəri mədəniyyəti ilə də yaxından tanış ola biləcəklər. İkinci dəfə təşkil olunan beynəlxalq tədbir xalq idman növlərinin, mədəniyyətin və adət-ənənələrin təşviqi baxımından mühüm əhəmiyyətə malikdir.
Köçəri Oyunları çərçivəsində keçiriləcək mədəni tədbirlərdə Azərbaycanın Xalq artisti, opera ifaçısı Fidan Hacıyeva və “Muğam trio” qrupu da iştirak edəcək.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar