Foto və poster müsabiqəsi elan edilib

Beynəlxalq Multikultural Şəbəkə tərəfindən “Multikulturalizm dünyanın hər yerində: foto və poster müsabiqəsi 2016” mövzusunda müsabiqə elan edilib.
Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə bağlı təşkil edilən müsabiqənin əsas məqsədi ölkəmizdə dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli mənəvi dəyərlərin qorunub-saxlanması, eyni zamanda təbliğinə dəstək olmaqdır.
Müsabiqədə iştirak etmək istəyənlər gənclər və multikulturalizm, multikulturalizm musiqi dünyasında, qadın problemləri və multikulturalizm, iş yerlərində və təhsildə multikulturalizm, multikulturalizmin Azərbaycan modeli və digər mövzularda işlər təqdim etməlidir.
İştirak etmək istəyənlər hazırladıqları materialları oktyabrın 5-dək multiculturalnetwork2016@gmail.com elektron ünvanına göndərməlidir. Müsabiqədə foto və poster üzrə 3 qalib müəyyənləşdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar