Tanınmış maarifçinin xatirələr kitabı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Tufan Axundovun tərtib etdiyi “Azərbaycan torpağına türbət demişəm” kitabı çapdan çıxıb.
Nəşrdə tanınmış maarifçi, ictimai xadim, Zaqafqaziya Seyminin (1918) və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü Hacı Mirzə Səlim Axund Axundzadənin mühacirətdə olarkən qələmə aldığı xatirələri yer alıb. Kitabda müəllifin əlyazmasının surəti və latın qrafikasına çevrilmiş mətni verilib.
Əlyazmanı Zahir Axundzadə təqdim edib. Ərəb qrafikasından latın qrafikasına çevirən və fars dilindən sənədləri tərcümə edən isə Məhəmməd Muxtaridir. Nəşrin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülşən Axundovadır.
Hacı Səlim Axundzadə 1872-ci ildə Lənkəranda dünyaya gəlib. Atası Mirzə İsmayıl Qasir dövrünün tanınmış şairi və görkəmli maarifçisi idi. O, Şirvandan Lənkərana köçəndən sonra "Üsuli-cədid" məktəbi yaradaraq, maarifçiliklə məşğul olmuşdu. 1920-ci ilin aprel işğalından sonra, dövrün bir çox görkəmli ictimai-siyasi xadimləri ilə yanaşı, Axundzadə də vətəni tərk etməyə məcbur olur. O, İrana gedir, əvvəlcə Ərdəbildə məskunlaşır, sonra Ənzəli şəhərinə köçür, mədrəsədə müəllimlik edir. 1930-cu ildə burada dünyasını dəyişir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar