AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda gənc mütəxəssislərin kadr hazırlığını gücləndirmək məqsədilə 10 günlük yay məktəbi layihəsi təşkil olunub.
Layihənin əsas təşəbbüskarları və təşkilatçıları Fransanın Milli Elmi Araşdırmalar Mərkəzinin arxeologiya üzrə professoru Bertil Lionet və institutun şöbə müdiri Fərhad Quliyevdir.
Yay məktəbində antropologiya, paleobotanika ixtisasları və qazıntı metodikaları üzrə ingilis və fransız dillərində seminarlar təşkil olunub. Seminarları antropologiya ixtisası üzrə Avrora Lambert, paleobotanika ixtisası üzrə Aleksiya Desai, qazıntı metodikası və arxeoloji tədqiqat üzrə isə professor Bertil Lionet kimi alimlər aparıblar.
Yay məktəbinə institutun magistratura pilləsində və Türkiyədə arxeologiya və antropologiya ixtisası üzrə təhsil alan azərbaycanlı tələbələr də cəlb olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar