Tanınmış ifaçı haqqında kitab hazırlanıb

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Əməkdar artist Mirnazim Əsədullayevin həyat və yaradıcılığından bəhs edən “Sənətə sədaqət” kitabı çapa hazırlanır. Kitabda tanınmış kamança ifaçısının 65 illik yubileyi ilə əlaqədar sənət dostlarının təbrik və ürək sözləri, müxtəlif illərdə haqqında hazırlanan televiziya və radio verilişlərinin mətni, məqalələr yer alır. Yaxın vaxtlarda oxuculara təqdim ediləcək kitaba millət vəkili, akademik Rafael Hüseynov “ön söz” yazıb.
Mirnazim Əsədullayev Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə dünyanın bir çox ölkələrində (ABŞ, Kanada, Hindistan, Nepal, Cənubi Koreya, Fransa, Almaniya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Türkiyə, İran və s.) konsertlər verərək, Azərbaycan xalq musiqi mədəniyyətini təmsil etməkdədir. Onun ifasında lent yazıları Azərbaycan Televiziya və Radiosunun “Qızıl fond”unda saxlanılır. Mirnazim Əsədullayev ifaçılıqla yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir, “İnstrumental ifaçılıq” kafedrasının dosentidir.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar