Gürcüstanın Batumi şəhərində dünyanın nüfuzlu gözəllik müsabiqələrindən sayılan “Miss & Mister Planet-2016”ya start verilib. Müsabiqədə ölkəmizi Yusif Cəfərli və Anna Qranovskaya təmsil edir.
Müsabiqənin ilk günü Azərbaycan komandasının idarə heyəti tərəfindən “Azərbaycan günü” də təşkil olunub. “Welcome Azerbaijan” partisində iştirakçılara Azərbaycan şərabları, milli meyvə şirələri və milliliyi göstərən hədiyyələr təqdim olunub. Həmçinin, müsabiqənin ikinci günü “Milli geyimlər günü” də keçirilib.
Təmsilçilərimiz uğurla çıxış edərək beynəlxalq jüri heyətinin müsbət rəyini alıblar. Müsabiqənin beynəlxalq münsifləri arasında həmyerlimiz Aqil Məmiyev də var. Qeyd edək ki, müsabiqə sentyabrın 11-dək davam edəcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar