Roma Papası Fransisk sentyabrın 30-dan oktyabrın 2-dək Azərbaycan və Gürcüstanda səfərdə olacaq. Vatikanın mətbuat xidmətinin məlumatına görə, Papanın Azərbaycana səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək.
“Hamımız qardaşıq” şüarı “Matfeydən İncil”də yer almış kəlamlardan (23,8) və Roma-katolik kilsəsinin “bütün insanlar vahid ailənin bir hissəsidir, qardaşlığa və dostluğa çağrılırlar” təlimindən ilhamlanıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu, hazırkı Roma Papasının 16-cı xarici səfəridir. Səfərin proqramına əsasən, Fransisk sentyabrın 30-da Tiflisə, oktyabrın 2-də isə Azərbaycana səfər edəcək. O, bu ilin iyununda İrəvana gəlmişdi. 2002-ci ildə o zamankı Roma Papası II İohann Pavel Cənubi Qafqaz üzrə ilk səfərini Bakıya etmişdi.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar