Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ənənəvi olaraq, 15 sentyabr - Bilik günü münasibətilə ölkəmizin bütün bölgələrində mühazirələr təşkil edir. Budəfəki Bilik günündə “İl boyu bilik” proqramı çərçivəsində Bakıda və Azərbaycanın müxtəlif bölgələrində orta məktəblərdə “Heydər Əliyev və Azərbaycan” mövzusunda dərslər keçilib. Ümumilikdə 116 orta məktəbdə tanınmış ziyalılar - akademiklər, professorlar, media mənsubları məktəblilər və yerli sakinlərlə görüşüblər, onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində ümummilli liderin rolu, onun banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, ölkəmizdə multikultural ənənələr, tarixən formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər.
Bilik Fondunun mühazirəçiləri şəhər məktəbləri ilə yanaşı, kənd məktəblərində, qaçqın və məcburi köçkün, eləcə də sərhədyanı bölgələrin məktəblərində də olublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar