Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi "Azərbaycanın maddi-mənəvi sərvətlərinin tanıdılması və qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində ilkin mərhələ başa çatıb.
Birliyin sədri Mütəllim Rəhimov deyib ki, qurum bundan sonra ictimai müzakirələrə start verəcək. Onun sözlərinə görə, layihədə əsas məqsəd maddi-mədəni sərvətlərimizin xarici ölkələrə daşınmasının qarşısını almaq və xarici ölkələrin muzeylərində olan sərvətlərimizlə bağlı maarifləndirmə işləri aparmaqla, ölkəmizə və xalqımıza qarşı şər, böhtan kampaniyalarına faktlarla cavab verə biləcək məlumatlı vətəndaşlar yetişdirməkdir.
Layihə üzrə müxtəlif tədbirlərin keçirilməsi, bu tədbirlərə xüsusilə gənclərin cəlb edilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar