Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi qısametrajlı film müsabiqəsinin müddəti 1 noyabradək uzadılıb

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində tədbirlər planına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Multikulturalizm gənclərin gözü ilə” qısametrajlı film müsabiqəsi keçirilir.
Müsabiqədə müxtəlif kateqoriyaları əhatə edəcək gənclər (fərdi və ya komanda şəklində), ali təhsil müəssisələri, elm mərkəzləri, gənclər və qeyri-hökumət təşkilatları iştirak edə bilər. İştirak etmək istəyənlər aşağıda göstərilmiş mövzulardan yalnız biri üzrə 3 dəqiqəlik qısametrajlı filmlər hazırlayaraq Təşkilat komitəsinə təqdim etməlidir:

Bakı Prosesi: Multikulturalizmin Azərbaycan modeli;
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və multikulturalizm;
Dünya sülhü və multikulturalizm;
Multikulturalizm müasir miqrasiya problemlərinin həlli vasitəsi kimi;
Multikulturalizm münaqişələrin həlli vasitəsi kimi;
Azərbaycanda olan multikulturalizm ənənələri və tarixi;
Müasir dünyada ayrı-seçkilik, ksenofobiya, islamofobiya və antisemitizmin törətdiyi fəsadlar fonunda multikulturalizm;
Dini, milli və mədəni müxtəliflik multikulturalizmin əsası kimi;
Ermənistanın təcavüzkar siyasəti Cənubi Qafqazda multikulturalizmə hədə kimi.

Təşkilat komitəsi müsabiqəyə böyük marağın olduğunu nəzərə alaraq müraciət müddətini 1 noyabr 2016-cı il tarixinədək uzadıb.
Təqdim olunmuş qısametrajlı filmlər ekspertlər tərəfindən qiymətləndiriləcək, ilk 3 yerin qaliblərinə müvafiq olaraq 1500, 1000 və 500 manat məbləğində mükafat və fəxri fərman təqdim ediləcək.

Ünvan: Bakı şəhəri, Nizami küçəsi 203B, AF Business House (5-ci mərtəbə)
Əlaqə: 012 505 15 27/28
050 325 27 29







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar