Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri tərəfindən sentyabrın 23-də saat 11:00-da Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 59) Beyləqan, Biləsuvar, Neftçala, Salyan, Cəbrayıl və Xocavənd rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş rayon mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.
Sıra №-si |
Şəhər (rayon) mədəniyyət və turizm şöbəsi |
Əlaqələndirici şəxs |
Əlaqə telefonu |
1. |
Biləsuvar Rayon Mədəniyyət və Turizm Şöbəsi |
Rəfiqə Cəfərova |
(0-2529) 5-00-37 (050) 382-58-95 |
2. |
Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsi |
Nazim Mirzəyev |
(0-2122) 5-15-09 (050) 308-33-99 |
3. |
Neftçala Rayon Mədəniyyət və Turizm Şöbəsi |
Elmira Kazımova |
(0-2126) 3-32-77 (050) 467-34-69 |
4. |
Salyan Rayon Mədəniyyət və Turizm Şöbəsi |
Toğrul Cavadov |
(0-2125) 5-51-07 (050) 381-11-99 |
5. |
Cəbrayıl Rayon Mədəniyyət və Turizm Şöbəsi |
Kamran Quliyev |
(0-26) 384-50-06 (050) 873-70-07 |
6. |
Xocavənd Rayon Mədəniyyət və Turizm Şöbəsi |
Qəhrəman Həsənov |
(0-2122) 3-54-12 (050) 643-79-92 |