Dövlət başçısı Mingəçevir Şəhər Tarix Muzeyində əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinə səfər edib. Dövlət başçısı Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.

Prezident şəhərdə aparılan abadlıq və tikinti işləri ilə tanış olub. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkə başçısına Sahil və Füzuli parklarında görülən işlər, habelə Kür çayının sol sahilində kiçik gəmilər və qayıqlar üçün yanalma platforması, digər layihələr barədə məlumat verib.
Prezident Mingəçevir Şəhər Tarix Muzeyində əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə də tanış olub.
Dövlət başçısına məlumat verilib ki, Mingəçevir Şəhər Tarix Muzeyi 1968-ci ildə Mingəçevir Dövlət Dram Teatrının binasındakı bir otaqda fəaliyyətə başlayıb. 1985-ci ildən 2015-ci ilədək isə doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyətini davam etdirib.
Sonradan Heydər Əliyev prospektində yerləşən əvvəlki Heydər Əliyev Muzeyinin binası yenidən qurulub və Mingəçevir Şəhər Tarix Muzeyi də həmin binaya köçürülüb. Yenidənqurma işlərindən sonra indi binanın ümumu sahəsi 810 kvadratmetr təşkil edir.
Muzeydə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən, ölkəmizin inkişafı istiqamətindəki xidmətlərindən bəhs edən fotoguşə yaradılıb.
Üç fond otağından, 50 nəfərlik müşavirə və 2 ekspozisiya zallarından ibarət olan muzeydə 16 min eksponat qorunur və onlardan 400-ü ekspozisiya zallarında nümayiş etdirilir. Bu son dərəcə qiymətli eksponatlar ölkəmizin dünyanın qədim insan məskənlərindən olduğunu bir daha təsdiqləyir.
Diqqətə çatdırılıb ki, muzeydə nümayiş etdirilən eksponatların bir çoxu ötən əsrin ortalarında Mingəçevir Su Elektrik Stansiyasının tikintisi zamanı aparılan qazıntı işləri zamanı tapılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar