Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü və Koreya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə noyabrın 8-13-də türkdilli dövlətlərin mədəniyyət festivalı keçiriləcək.
Səfirlikdən bildiriblər ki, festivalda Azərbaycan ilə yanaşı, Türkiyə, Türkmənistan, Qazaxıstan və Qırğızıstanın mədəniyyət xadimlərindən ibarət nümayəndə heyətləri iştirak edəcək.
Noyabrın 8-də paytaxt Seuldakı Koreya Milli Muzeyində festivalın açılış mərasimi keçiriləcək. Növbəti gün Seulda Azərbaycan günü, noyabrın 13-də isə Qimhe şəhərində Azərbaycan, Qazaxıstan və Qırğızıstan mədəniyyət xadimlərinin iştirakı ilə birgə konsert təşkil ediləcək.
Festivalda Azərbaycanı Dövlət Mahnı və Rəqs Ansamblı, “Natiq” ritm qrupu, tanınmış cazmen Elçin Şirinov və caz qrupu, instrumental ansamblı təmsil edəcək.
Konsert proqramlarına paralel olaraq tədbirin keçiriləcəyi Koreya Milli Muzeyində Azərbaycanın tarixini, mədəniyyətini, milli mətbəxini, təbiətini, memarlığını əks etdirən fotosərgi, həmçinin milli geyim sərgisi açılacaq. Bundan başqa, rejissor Rövşən İsaxın “Aktrisa” filmi Koreya dilində subtitrlə nümayiş etdiriləcək.
Festivalda Azərbaycan nümayəndə heyətinin iştirakı, sərgilərin təşkili və filmin nümayişi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və “Bakı” Media Mərkəzinin dəstəyi ilə həyata keçirilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar