Budapeştdə erməni yalanlarını ifşa edən sənədli filmin təqdimatı

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri, Bakı Slavyan Universitetinin dosenti, jurnalist və tədqiqatçı Şəlalə Həsənovanın müəllifi olduğu “Tarixi həqiqətlərin izi ilə” ikihissəli sənədli filmin təqdimat mərasimi keçirilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə ərsəyə gələn filmdə ermənilərin guya tarixdə ilk xristian dövləti olmaları və dünyaya yüksək mədəni dəyərlər yaymaları barəsindəki mif tutarlı arqument və faktlarla təkzib olunur. Onların Cənubi Qafqaza, indi yaşadıqları və işğal etdikləri ərazilərə sonradan gəlmələri sübuta yetirilir.
Filmin ikinci hissəsi Ermənistanın indiki paytaxtı İrəvanın əsrlər boyu türk-Azərbaycan şəhəri olmasına, burada türk-islam mədəniyyətinin sonralar ermənilər tərəfindən məhv edilən, yaxud tarixləri saxtalaşdırılan çoxsaylı abidələrə həsr edilib.
Təqdimat mərasimində çıxış edən səfir Vilayət Quliyev ekran əsərinin tarixi həqiqətlərin dünyaya tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.
Şəlalə Həsənova film üzərindəki işi, gerçək tarixin populyar şəkildə dünya ictimaiyyətinə çatdırılması ilə bağlı gələcək planlardan danışıb.
Təqdimat mərasimində Macarıstanın elm və mədəniyyət adamları, diplomatik korpusun nümayəndələri, diaspor üzvləri, macar və azərbaycanlı tələbələr iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar