Üzeyir Hacıbəylinin anadan olmasının 131-ci ildönümü münasibətilə Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, Belqrad şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və bu ölkədə yaşayan həmvətənlərimiz Novi Sad şəhərində dünya şöhrətli bəstəkarın abidəsini ziyarət ediblər.
Üzeyir Hacıbəyli memorialı Serbiyanın ikinci böyük şəhəri olan Novi Sad şəhərində, Dunay çayının sahilində ucaldılıb. 2011-ci il iyunun 9-da Azərbaycan və Serbiya prezidentləri İlham Əliyev və Boris Tadiçin iştirakı ilə abidənin açılışı keçirilib.
Novi Sad Serbiyanın mədəniyyət və incəsənət paytaxtı sayılır. Burada Serbiyanın qədim mədəniyyət, elm mərkəzləri, muzeylər, teatrlar yerləşir. İlk serb teatrı 1861-ci ildə bu şəhərdə fəaliyyətə başlayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar