Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığa və bu qurumun layihələrində iştiraka hər zaman hazırdır.
Bu fikri sentyabrın 27-də Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşündə deyib.
Türk Mədəniyyəti və İrsi Fondu haqqında məlumat verən G.Əfəndiyeva bildirib ki, qurum Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb və Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçıları tərəfindən dəstəklənib. Fondun məqsədi türk dünyasını, türk xalqlarını bir-birinə daha da yaxınlaşdırmaq, eyni zamanda, türk dünyasının sahib olduğu mədəni irsi qorumaq, araşdırmaq, dünyada təbliğ etmək və gələcək nəsillərə çatdırmaqdır. Qurum bu istiqamətdə fəal iş aparır.
Görüş zamanı gələcəkdə görüləcək işlər, o cümlədən Böyük İpək Yolu, türk əl sənətləri, musiqi alətləri və türk mədəniyyətini təbliğ edən digər layihələr barədə müzakirələr aparılıb. Qeyd edilib ki, türk dünyasının böyük şəxsiyyətləri, abidələri ilə bağlı bir çox layihələr də nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti tərəfindən Türk Mədəniyyəti və İrsi Fondu bina ilə təmin edilib. Hazırda binada təmir işləri gedir və yaxın vaxtlarda binanın istifadəyə veriləcəyi gözlənilir.
Bakıya gəlişindən məmnunluğunu ifadə edən Nabi Avcı görüşdə müzakirə olunan bütün məsələləri və layihələri dəstəklədiklərini deyib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar