Sentyabrın 23-də Gənclər Fondunun dəstəyi ilə Elmin Fərruqovun icra etdiyi “Yeniyetmə və gənclər arasında xalçaçılıq sənətinin təbliği” layihəsinin iştirakçıları Azərbaycan Xalça Muzeyini ziyarət ediblər.
Layihə rəhbəri və Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul layihə haqqında gənclərə məlumat veriblər.
Muzey əməkdaşları İlahə Məmmədova və Dilavər Kərimova gənclərə mədəni irsimizin mühüm bir qolunu təşkil edən xalçaçılıq sənətinin tarixi haqqında danışıblar. Muzeydə sentyabrın 15-də açılan tədbir ayın 29-dək davam edəcək "Bərpa olunmuş eksponatlar” adlı sərgi haqqında da ziyarətçilərə məlumat verilib. Bildirilib ki, muzeydə bərpa və konservasiyaya ehtiyacı olan 690 eksponatın üzərində zəruri işlər həyata keçirilib və onların 49-u (xovsuz, xovlu xalçalar, tikmə, geyim, bədii metal və s.) sərgidə nümayiş olunur.
Tədbir çərçivəsində Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Hüseyn Abasov tərəfindən lentə alınan “İlmə” qısametrajlı videoçarx təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar