Sentyabrın 23-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr edilmiş “Səməd Vurğun ürəklərdədir” mövzusunda seminar-məşğələ keçirilib.
Tədbirdə böyük şairin poeziyasından, dramaturgiyasından və publisistik əsərlərindən söhbət açılıb. Çıxış edənlər Səməd Vurğunu insan duyğularını dilə gətirən, zəmanəsini düşündürən, bəşəri ideyalar tərənnüm edən qüdrətli sənətkar kimi səciyyələndiriblər.
Fəal oxucular şairin vətənpərvərlik mövzusunda əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Sonda tədbir iştirakçılarına metodiki şöbənin hazırladığı “Səməd Vurğun ürəklərdədir” adlı metodik və biblioqrafik vəsait paylanılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar