Mədəniyyət və İncəsənət Universiteti ilə Bakı şəhəri T.Həsənov adına 23 saylı tam orta məktəb arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi universitetin rektoru, professor Fərəh Əliyeva və məktəbin direktoru Yuliya Kərimova imzalayıb.
Memorandumda iki təhsil müəssisəsi arasında birgə fəaliyyət, şagirdlərin bədii-estetik biliklərinin genişləndirilməsi, incəsənətə və mədəniyyətə marağın artırılması məqsədilə müştərək mədəni tədbirlərin təşkili, gənc istedadların üzə çıxarılması üçün müxtəlif layihələrin təşkili nəzərdə tutulub.
İmzalama mərasimindən sonra ADMİU-nun estrada-simfonik orkestri və məktəbin şagirdlərinin birgə təşkil etdiyi maraqlı konsert proqramı təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar