Sentyabrın 23-də Qazaxıstan Respublikası Parlamentinin deputatı, professor Nurlan Dülambekov Azərbaycan Milli Kitabxanasında olub. Qonağı kitabxananın direktoru Kərim Tahirov qəbul edərək, görüşdən məmnunluğunu bildirib, kitabxana haqqında ətraflı məlumat verib.
Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova qonağı kitabxana, eləcə də “Açıq kitabxana” guşəsi ilə tanış edib, ona kitabxananın fondu və xidmət sahələri haqqında məlumat verib.
Sonda qazaxıstanlı deputata “Qobustan - minilliklərin kitabı” (Azərbaycan və rus dillərində) və “Azərbaycan Milli Kitabxanası” fotoalbomu (Azərbaycan, ingilis və rus dillərində) hədiyyə edilib.