Prezident İlham Əliyev oktyabrın 4-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində İcra Proqramının (2016-2019) təsdiq edilməsi haqqında fərman imzalayıb. Əməkdaşlıq sənədi 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanıb.
Dövlət başçısı digər bir fərmanla Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukraynanın Mədəniyyət Nazirliyi arasında bu il iyulun 14-də Bakı şəhərində imzalanmış 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqramı təsdiq edib.
Fərmanlarda Mədəniyyət və Turizm Nazirliyinə hər iki proqramın müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.