Oktyabrın 7-də Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, professor Oqtay Rəcəbovun 75 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçiriləcək tədbirdə sənətkarın həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, sənət fəaliyyətindən danışılacaq.
Musiqi mədəniyyəti tarixində müstəsna xidmətləri olan bəstəkar “Göyçək Fatma” cizgi film-operası, “Xeyir və Şər” uşaq operası, “Əlin cibində olsun” musiqili komediyası, simfoniyaların müəllifidir. Filmlərə musiqi bəstələyib. Musiqi tədrisi ilə bağlı kitabların müəllifidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar