29-30 sentyabr tarixində Estoniyanın paytaxtı Tallində Mədəniyyət və rəqəmsallaşmaya dair Avropa Şurası (AŞ) platformasının 3-cü konfransı keçirilib. Tədbirdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi də təmsil olunub.
Tallin Universitetində keçirilən konfransın şüarı “Mədəniyyət 4D ölçüsündə: rəqəmsallaşma, məlumat, pozulmalar, müxtəliflik”dir (Culture 4D: Digitization, Data, Disruptions, Diversity”).
Konfransda “Kiçik Avropa - böyük məlumat: müştərək faydaya doğru”, “Mədəniyyətdə iştirakın və mədəniyyətin gücləndirilməsi üsulları: vətəndaşların internetdən istifadəsinin təşviqi” mövzusunda sessiyalar keçirilib. Bundan əlavə, müasir zamanda yığılan böyük həcmli məlumatın istifadə olunması, rəqəmsal texnologiyaların, yeni proqramların insanların faydası üçün və mövcud problemlərin həlli üçün istifadəsi məsələləri müzakirə olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar