Uzun müddət Azərbaycan Dövlət Musiqili Teatrında baş rejissor vəzifəsində işləmiş Yusif Əkbərov vəfat edib.
Yusif Məmmədağa oğlu Əkbərov 2 sentyabr 1949-cu il tarixində Bakıda anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib və həmin il C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin olunub. 1974-cü ildən H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına quruluşçu rejissor, 1987-ci ildən 1991-ci ilədək həmin teatrda baş rejissor işləyib.
Yusif Əkbərov 1991-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrının quruluşçu rejissoru, 2006-cı ildən 2014-cü ilədək baş rejissoru olub, teatrda “Qızıl toy”, “Hərənin öz ulduzu”, “Səhnədə məhəbbət”, “Qısqanc ürəklər” və s. tamaşalara quruluş verib. Prezident mükafatçısı idi, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdu.
Allah rəhmət eləsin.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar