2016-cı ilin may ayında Qırğızıstanın paytaxtı Bişkekdə MDB-yə üzv dövlətlərin “Kitab sənəti” 13-cü Beynəlxalq müsabiqəsi keçirilmişdi. Müsabiqəyə Azərbaycan Respublikası tərəfindən təqdim olunan “Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş kitab - kataloq” “Birlik” nominasiyası üzrə I dərəcəli diplomla təltif edilmişdi.
Kataloq Mədəniyyət və Turizm Nazirliyinin nəşridir, layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.
Moskva şəhərində keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasında sözügedən diplom Azərbaycan nümayəndə heyətinə təqdim edilib.
3-4 oktyabr tarixində Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən MDB Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın XXI iclasında isə kitab-kataloqun MDB-nin xüsusi sərgisində nümayiş etdirilməsi barədə qərar qəbul edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar