Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə nazirliyin tabeliyində fəaliyyət göstərən təhsil ocaqlarının müəllim kollektivini təbrik edib.
Təbrikdə qeyd olunur ki, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Rəşid bəy Əfəndiyev, Həbib bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət və onlarla digər ziyalı ədibimiz dövrün çətinliklərinə baxmayaraq, öz bilik və bacarıqlarını vətən övladlarından əsirgəməmişlər. Onların əkdiyi maarif toxumları xalqımızın mədəni-mənəvi inkişafına münbit zəmin hazırlamışdır.
Bildirilir ki, bu gün dövlətimizin diqqət və qayğısı sayəsində təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində də tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə islahatlar aparılır, xüsusilə pedaqoji heyətin çağımızın bu sahədəki yeniliklərini mənimsəmələrinə şərait yaradılır. 239 musiqi, uşaq incəsənət məktəbində 17 mindən çox müəllim çalışır. Azərbaycanda turizm təhsili də diqqət mərkəzindədir. Bu il 10 yaşını qeyd edən Azərbaycan Turizm və Menecment Universitetində turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslı kadrlar hazırlanır.
“Çağdaş dünyamız daim yeniləşməyi, yüksək texnologiyaların imkanlarından maksimum yararlanaraq tədrisin keyfiyyətini daha da inkişaf etdirməyi tələb edir. İnanırıq ki, müəllimlərimiz bu prosesdən geri qalmayacaq, Azərbaycan təhsilini, elmini daha üstün səviyyələrə qaldıracaqlar”, - deyə nazirin təbrikində vurğulanır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar