Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal olunan “Cavad xan” bədii filmi gələn ilin yanvarında ekranlara çıxacaq. Bu barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya Şöbəsinin sektor müdiri Cəmil Fərəcov əlavə edib ki, hazırda film üzərində son texniki işlər aparılır. Onun sözlərinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev artıq filmə baxıb və müsbət rəy verib. “Bizim kino” Prodüser Mərkəzinin istehsal etdiyi “Cavad xan” bədii filmi müasir standartlara uyğun səsləndirilib. Kompyuter qrafikasından istifadə edilməklə ekranlaşdırılan ilk Azərbaycan filmi Moskvada yüksək keyfiyyətli lentə köçürülüb. Azərbaycan xanlıqlarının vəziyyətini, sonuncu Gəncə xanının həyatını əks etdirən bu ekran əsəri 2 saat 43 dəqiqədir. Sabir Rüstəmxanlının ssenarisi əsasında çəkilən “Cavad xan” filminin quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu operatoru Məhəmməd Məcidi, bəstəkarı Sərdar Fərəcovdur. Filmdə əsas rolları xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruzov, Amaliya Pənahova, əməkdar artistlər Nuriyyə Hüseynova və Əli Nur ifa ediblər.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar