Filmin mart ayında tamamlanması gözlənilir

2008-ci ildə “Azərbaycanfilm” kinostudiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsalata buraxılan “İstanbul reysi” bədii filminin çəkilişləri mart ayının sonunda tamamlanması planlaşdırılır. Filmin interyer çəkilişləri artıq bitib. Dekorasiyalar hazırlanır və fevralın əvvəllərində pavilyon çəkilişlərinə start veriləcək. Mart ayında isə natura çəkilişləri ilə film yekunlaşdırılacaq.

Qeyd edək ki, filmin rejissoru Eldar Quliyev, ssenari müəllifləri Ramiz Fətəliyev və Eldar Quliyev, operatoru Kənan Məmmədov, rəssamları Rafis İsmayılov və Rafiq Nəsirovdur. Xatırladaq ki, filmin musiqisi Müslüm Maqomayevə məxsusdur. Məşhur bəstəkar vəfat etdiyinə görə, onun musiqisindən istifadə edərək bəstəkar Rauf Əliyev filmə musiqi tərtibatı verəcək.

İntiqam